• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 04.05.2023 16:03

Universitetlərin müəllimləri üçün peşəkar inkişaf imkanı

KepezTV Player

Gəncə universitetlərindən seçilmiş 70 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönələn yeni təhsil layihəsi başlayıb. bp və tərəfdaşlarının yerli universitetlərlə sıx əməkdaşlığının bir hissəsi olan bu layihə ölkədə tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetlərin potensialının artırılması səylərini dəstəkləyəcək. Məqsədi müəllimlərin dil biliyini artırmaqla yanaşı həm də onları yeni tədris metodologiyaları ilə təmin etməklə Gəncənin ali təhsil müəssisələrində tədrisin keyfiyyətini artırmaqdır. İngilis dili üzrə təlimlər müəllimlərin yazı, danışıq, oxuma və dinləmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldiləcək.