• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1387
— 03.05.2023 21:21

Ermənistan sülh istəməsə, sülh olmayacaq

KepezTV Player

Dördüncü beynəlxalq konfrans
 

“Biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq”. Prezidenti İlham Əliyev Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bu barədə danışıb. Dövlət başçısı konfransın Şuşada keçriilməsinin xüsusi məna daşıdğını vurğulayıb.

"Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib". Prezident İlham Əliyev Şuşada keçirilən Milli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında belə  deyib. Dövlət başçısı bildirib ki, Sovet Azərbaycanı dönəmində hətta ideoloji əngəllər çərçivəsində Ulu Öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Prezident Milli Liderin arzusundan da danışıb.
 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə fəxr edirlər. Bu Qələbə ədalətin, tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir.
 

Prezident İlham Əliyev çıxışında ermənilərin ərazi iddialarından da bəhs edib. Rəsmi İrəvanın şərhində Azərbaycana qarşı ərazi iddialarının olduğunu diqqətə çatdırıb.
 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti :ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır. 
 

Dövlət başçısı Azərbaycanın sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdüyünü bildirib. Qeyd etdi ki, qarşı tərəf bu təşəbbüsü cavabsız qoyub.
 

İlham Əliyev Azərbaycan Respublikasının PrezidentiBiz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu.))  
 

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan sülh istəməsə sülh olmayacaq. Bu isə nə Ermənistan, nə də region üçün yaxşı olacaq. "Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaq, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər" - dövlət başçısı belə deyib.

 

"Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik"


"İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. İşğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan daha çox gözləntilərimiz var idi". Azərbaycan Prezidenti İlham Əliyev Şuşa konfransında onu da deyib ki, Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Dövlət başçısı bildirib ki, Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. "Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı" - deyə Prezident əlavə edib.