Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda səfərdə olarkən səsləndirdiyi iddialar qəbuledilməzdir. Bu barədə Xarici İşlər Naziri Ceyhun Bayramov açıqlama verib.O, Qarabağ münaqişinin həll olunmasında iştirak edən bir ölkənin bu cür ikili standart tətbiq etməsindən təəssüfləndiyini vurğulayıb.
Ermənistanın Azərbaycana qarşı törətdiyi ağır cinayətlərdən bir də 44 günlük müharibə başa çatdıqdan sonra da davam edən mina terrorudur. Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ötən gün Tərtərdə minaya düşərək həlak olan şəxslərlə bağlı hadisəyə münasibət bilirərkən deyib. Nazir, Beynəlxalq ədalət məhkəməsində Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialar arasında mina terrorunun da yer aldığını vurğulayıb.
Ceyhun Bayramov, həm də ötən gün Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara da münasibət bildirib. Azərbaycanda səfərini başa vurduqdan sonra İrəvanda Baş naziri Nikol Paşinyanla görüşən Kolonna Ermənistan-Azərbaycanla sərhədinə səfər edib.
Nazir, üçüncü qüvvələrin Azərbaycana təsirlərinin nəticə verməyəcəyini, Azərbaycanın milli maraqlarına, suverenliyinin bərpa edilməsinə dair legitim addımlar atdığını bildirib.
- Baxış: 278