• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 28.04.2023 16:01

Peyvəndləmə ilə bağlı maarifləndirmə kompaniyası

KepezTV Player

Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondu - Avropa İmmunlaşdırma Həftəsində peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edib. Qobustan, Yevlax, Mingəçevirdən sonra növbəti tədbir Göygöldə baş tutub.

ÜST və UNICEF tərəfindən Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə baş tutan tədbir “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında təşkil olunub. İmmunlaşdırma kampaniyası çərçivəsində rayonlarda təxminən150 nəfərə yaxın pediatr və vaksinator üçün təlimlər, həmçinin uşaqlarına peyvənd vurdurmaqla bağlı tərəddüd edən təxminən 500 valideynin iştirakı ilə konfranslar keçirilib.
Konfrans zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Bayramova və infeksionist pediatr Aytən Ziyadova tərəfindən valideynlərə uşaqların vaxtında peyvənd olunmasının əhəmiyyəti haqqında məlumat verib. Vurğulanıb ki, peyvəndlə bağlı düşünülən bir çox təsəvvür yanlışdır və bunun heç bir əks təsiri yoxdur. Konfrasdan sonra peyvəndləmədən kənarda qalan xeyli sayda uşaq yerindəcə peyvənd olunub.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda istifadə olunan bütün vaksinlər ÜST-ün standartlarına cavab verir. Azərbaycanda 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir.