• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 26.04.2023 20:05

Nəzarət-buraxılış məntəqəsi məqsədyönlü siyasətin növbəti uğurudur

KepezTV Player

Ölkəmizin yürütdüyü ardıcıl və məqsədyönlü siyasət nəticəsində əldə olunan növbəti uğur Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu, 44 günlük müharibədən sonra əldə olunan növbəti tarixi nailiyyətdir…

Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi məqsədyönlü siyasətin növbəti uğurudur. Azərbaycan nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdi. Ölkəmiz öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı. Artıq dövlət sərhədində bayrağı dalğalanır…

Elmar Hüseyn- hərbi ekspert: “Nəzarət-buraxılış məntəqəsinin qurulması gələcəkdə terror hadisələrinin qarşısının alınması zərurətini təmin etdi. Buna misal olaraq, ötən günlərdə Ermənistanın terrorçu təşkilatı olan VOMA-nın bütün əhalinin silahlanması və okeanın o tayından belə dəstək alacaqlarını və bu silahlanmanın istər Rusiya əsgərlərinə, istər Azərbaycan əsgərlərinə ümumiyyətlə Qarabağ iqtisadi rayonunda yerləşən bütün hərbi qulluqçulara qarşı terror hadisəsinin keçirilməsini planlaşdırırdı”.

Nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidentinin ardıcıl şəkildə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsi və növbəti təntənəsidir.

Ceyhun Məmmədov- Milli Məclisin üzvü: “Yol humanitar keçid üçün açıqdır. Yəni buradan Qarabağda yaşayan ermənilər gedə bilərlər. Bununla da bağlı cənab prezidentin çox aydın, konkret münasibəti var. Ya burada bizim idarəçiliyimizi qəbul edib yaşayacaqlar, ya da bu əraziləri tərk edəcəklər. Mən hesab edirəm ki, bu, Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda növbəti uğurudur, biz mərhələ-mərhələ öz hədəflərimizə və məqsədlərimizə doğru irəliləyirik”.

Azərbaycan yeni Laçın yolunun inşasını il yarıma başa çatdırıb, istismara hazır vəziyyətə gətirsə də, Ermənistan öz ərazisinə düşən 7 km-lik yolun çəkilməsini süni şəkildə ləngidir, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törədirdi. Lakin bütün çirkin niyyətlərin və təxribatların qarşısı ağıllı, düşünülmüş və ardıcıl tədbirlərlə alındı, İrəvanın Laçın rayon mərkəzinin Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almaq cəhdləri iflasa uğradı.

Azad Mustafayev