KepezTV Player
Ticarət və Xidmət üzrə Gəncə dövlət peşə təhsili mərkəzinin 3 saylı peşə liseyinin tələbləri ilə ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdlərinin görüşü keçirilib. Görüş zamanı məktəblilər müxtəlif sahələri əhatə edən stendlərdə olan əl işləri ilə tanış olub, peşə təhsil mərkəzi haqqında məlumatları dinləyiblər. Daha sonra məktəblilər labaratoriya və otaqlarda olaraq qəbul qaydaları barədə ətraflı məlumatlar əldə ediblər. Onları maraqlandıran suallar cavablandırılıb. Görüşün məqsədi orta məktəb şagirdlərinə peşə vərdişlərini aşılamaq və bu istiqamətdə təhsillərini davam etdirməyə həvəsləndirmək olub.
- Baxış: 262