• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 26.04.2023 16:18

Təxliyə edilən pasientlərin vəziyyətləri stabildir

Gəncədə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verən yanğın zamanı 58-si xəstə və 90 nəfəri xəstəxana personalı olmaqla 148 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. pasientlər reanimasiya, cərrahiyə, doğum, genikologiya, urologiya və travmatologiya şöbələrində müalicə alanlar olub. Onlar Gəncədəki Təcili Tibbi Yardım Xəstəxanasına, Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə, Gəncə Perinatal Mərkəzinə, şəhərdəki özəl xəstəxanalardan birinəa yerləşdiriliblər. Xəsarə alanlardan 3 nəfər tibb müəssisəsinin əməkdaşıdır. Xəstələrin vəziyyətlərinin normal olduğu bildirilir.