• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1869
— 25.04.2023 10:26

Dizaynerlik - müasir dövrün ən aktual peşəsi

KepezTV Player

“Məqsədimiz, mümkünsüzü mümkün etmək, mümkünü asan etmək, asanı da zərif və zövqlü etmənin yollarını tapmaqdır”.

“Kifayət qədər səbəbiniz varsa, hər şeyi edə bilərsiniz. Yetər ki, içinizdə olan yaradıcılığı kəşf edin”.

“Möhtəşəm şeylər, içindəki gücün, hər şeyin üzərində olduğuna inananlar tərəfindən edilmişdir”.

Həyatda bir çox şey düşüncənin reallığa tökülməsindən başlayır. İnsan xəyal edir və sonra onu yaradır. Elə məhz dizayn da belə sahələrdən biridir və memarlıq, məhsul, sənaye, moda dizaynı kimi bir çox şaxələrə ayrılır. Bu gün gənclərimizin daha çox maraq göstərdiyi sahələrindən biri olan moda dizaynıdır və daim inkişaf edərək dəyişir.  Burada bütövlükdə əhalinin tələb etdiyi ayaqqabı, zərgərlik və aksessuar istehsalı ilə bağlı hər şeyi orijinal şəkildə ifşa etmək üçün yaradıcılıq ən yaxşı şəkildə özünü göstərir.  Amma maraqlıdır ki, bu bacarıq necə ortaya çıxır, uşaqlıqdan gələn istedaddır, yoxsa sonradan da məşqlərlə qazanmaq olur. Sualımıza cavab tapmaq üçün müəlliməmizdən soruşduq.

 

Nazilə İbrahimova- müəllimə: “Dizayn sənəti elə bir sənətdir ki, o, gərək insanın özündə ola, fitri istedad kimidir. Peşə təhsil mərkəzində dərzi qrupuna tələbələr gəlir. Biz onları kəşf etmiş oluruq. Sonra onlar kurslarda öz istedadlarını daha da təkmilləşdirirlər. Dizayner həm də konstruksiyanı bilməlidir. Yəni, həm kompüter, həm də əl ilə fikrində olan modelin eskizini çəkir. Əvvəl onun çertyoju, daha sonra ülgüləri yaradılır. Dizaynerlərin üzərinə düşən vəzifə çox vacibdir, elə etməlidilər ki, əmək bazarında onların dizaynı üstünlük təşkil eləsin. Dizaynerlərin vəzifəsi onların istedadları, bacarıqları, öz üzərində işləməkləri olmalıdır. Modelyerlərin tendesiyalarını izləməlidilər ki, təkrarçılığa yol verməsinlər. Onlar istehlakçılarla daim əlaqədə olmalıdır. Əvvəlki dövrə baxanda, indi mağazalarda belə dizaynerlərə çox ehtiyac var”. 

Seçdiyiniz və oxuduğunuz ixtisasın heç bir fərqi yoxdur. Əsas olan yaradıcılığınızı  ortaya çıxarıb, öz xəyallarınızın arxasınca getməkdir. Çünki həyat sizdən başlayır.

Lalə Sadıqova