• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 24.04.2023 11:30

Yaz mövsümü makiyajı

KepezTV Player

Mövsümündən aslı olmayaraq biz qadınların düşündüyü yeganə şey odur ki, “bu günün makyajı” necə olmalıdır? Bu suala hər kəs özlüyündə fərqli cavablar tapa bilər. Amma bu dəfə də, bu sabah komandası olaraq, bunu araşdıracağıq.

Hər zaman deyirlər ki, makiyajda əsas diqqət dodaqlara yönəlir. Qırmızı dodaq boyasının müxtəlif tonları dodaqlara enerji verir. Həmçinin qeyd edirlər ki, qırmızı qadının özünə əminliyin işarəsidir. Müxtəlif zamanlarda aktual olan qırmızıdan daha çox parlaq tonları seçilirdisə, indi daha tünd olanları məsləhət görürlər. Həyatımıza rəng qatmaq üçün bəzən makiyajın min bir tonundan istifadə edirik. Dizaynerlər bunu xanımların xarakterləri ilə də əlaqələndirirlər.

Ən sıx edilən makiyaj səhvlərinin başında çox sürülən fondöten gəlir. Üzünüzdəki bütün ləkələri bağlaya bilmə ümidiylə fondöteni qatbaqat sürtmək fondötenin üzünüzdəki xəttlərə yerləşərək onları daha çox vurğulamasına səbəb olar. Üzünüzün daha gənc görünməsi üçün BB krem, yüngül maye fondöten ya da rəngli nəmləndirici köməkçiniz olacaq. Bundan başqa, mütəxəssislər hər zaman deyirlər ki, gündəlik olaraq istifadə fondöteninizi də incə bir təbəqə olaraq tətbiq edin.