• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 22.04.2023 20:28

İdxala qoyulan qadağa avtomobil bazarında qiymətləri qaldırıb

KepezTV Player

Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabinetinin qərarına əsasən, istehsal ili 2013-cü ildən əvvəl olan minik avtomobillərinin ölkəmizə gətirilməsi məhdudlaşdırılacaq. Bu da təbii olaraq yerli bazarda olan avtopmobillərin qiymətlərinə öz təsirini göstərib.

Nazirlər Kabinetinin istehsal ili 10 ildən artıq olan minik avtomobillərinin ölkəyə gətirilməsinə icazə verməməsi yol-nəqliyyat hadisələrinin azalması ilə insanların həyat və sağlamlığının qorunması, eyni zamanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək xarakterlidir. Məhdudiyyətlərin tətbiqinə aprelin sonlarından başlanılacaq.

Ekspertin də qeyd etdiyi kimi idxala qoyulan məhdudiyyətlər artıq yerli bazara da öz təsirini göstərib. 2-3 ay əvvəlki qiymətlərlə müqayisədə qiymətlərdə 4 min manata kimi dərq yaradıb. Bu da bazara üz tutanların əliboş qayıtmasına rəvac verir.