• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 22.04.2023 20:17

Yazılan məktublar əsgərlərə çatdırılacaq

KepezTV Player

Tariximizin qürur səhifəsi olan və zəfərə gedən yolda başlanğıc olan Aprel döyüşlərindən etibarən “Əsgərə Məktub” layihəsinə start verilib. Layihənin məqsədi Azərbaycan əsgərində ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq, əsgərlərimizə var gücümüzlə hər zaman döyüşə hazır olduğumuzu bildirməkdir. Xalqımızın birliyini simvolizə edən, vətəndaşlarımız tərəfiindən yazılan bütün məktublar toplanaraq əsgərlərimizə çatdırılır. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə davam etdirilən “Əsgərə Məktub” aksiyası bu gün də davam etdirilib. Şəhərin Bayraq meydanında təşkil edilən tədbirdə vətəndaşlar tərəfindən yazılan məktublar, işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara çatdırılacaq. Aksiyada gün ərzində 1000 nəfərə yaxın şəxs vətənin keşiyində dayanan oğullara ürək sözlərini ifadə ediblər. Eyni zamanda vətəndaşlar onlayn qaydada internet üzərindən də veten-ugrunda.az saytına daxil olmaqla aksiyaya qoşulurlar. Əsgərə məktub layihəsi Gəncə ilə yanaşı ətraf rayonlarda da reallaşdırılır.