• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1752
— 22.04.2023 20:22

Sülh prosesindən uzaqlaşan Ermənistan

KepezTV Player

Dünən Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat daşınmasına cəhdlər göstərildiyi müşahidə olunub. Bu gün isə Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb. Göründüyü kimi, ermənilərin təxribatları, mina terroru davam edir. O, terror ki, 2021-ci il iyunun 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş, bir qrup jurnalisti aparan və minaya düşən sərnişin avtomobilindəki çəkiliş qrupunun iki üzvünün, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsinin şəhid olmasına səbəb oldu. O terror ki, müharibə bitdikdən sonra 300-ə yaxın insanı mina qurbanı edib. Bir tərəfdən Ermənistanın Baş Naziri Nikol Paşinyan cəmiyyətinə Azərbaycanla yekun sülh sazişinin imzalanmasının vacibliyini anlatmağa çalışır, digər yandan isə bu cinayətlərə yol verir, Qarabağda qanunsuz erməni silahlı birləşmələrin əli ilə təxribatlara hazırlaşır. Revanşist qüvvələr ya erməni baş nazirin fikirlərini heçə sayır, ya da bu addımlar məhz Paşinyan höküməti tərəfindən atılır. Bir sözlə regionda gərginliyin artmasında xidmət edən bu davranışların qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınacağı isə yəqin ki, heç kimdə şübhə doğurmur.

Xankəndi-Xəlfəli-Turşu torpaq yolu Azərbaycan Ordusunun nəzarətinə keçsə də, bu Ermənistanı dayandırmayıb. Belə ki, rəsmi İrəvan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələrini silah sursatla təmin etmək üçün yeni yollar axtarır. Bu dəfə də onlar dəstək verən Rusiya sülhməramlılarıdır. Müdafiə nazirliyi ötən gün qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrini daşıyan hərbi avtomobilin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkətinin növbəti görüntülərini yayıb. 
Rusiya sülhməramlıları daşınmasına kömək etdiyi təminatın hansı məqsədlər üçün istifadə olunacağını əlbəttə yaxşı bilir. Bu cəhdlərin üçtərəfli Bəyanatın bəndlərini kobud şəkildə pozmaqla yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaratdığı da sülhmərmalılara məlum faktdır. İstənilən halda yayılan görüntülər sübut edir ki, əslində qanunsuz erməni silahlı birləşmələrini ərazidən çıxarmalı olan sülhməramlılar münaqişə yaratmağa daha meyillidir. Halbuki Azərbaycan tərəfi bu yalnış addımların üçtərəfli bəyanatın şərtləri ilə üst-üstə düşmədiyini dəfələrlə bildirib. 
Etdiyi hərəkətlərlə regionda yeni təxribatlara zəmin yaradan Paşinyan hökuməti digər tərəfdən də Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini, sülh müqaviləsinə hazır olduğunu ifadə edir. Sülhə, sabitliyə sadiq olduğunu iddia edən Paşinyan hökümətinin dediyi ilə hərəkətinin üst-üstə düşməməsi ilk hal deyil. Bundan əvvəl də gah revanşist mövqedən çıxış edib, gah da sülhə hazır olduğunu bildirib. 
Siyasi şərhçilər, baş verənlərin Nikol Paşinyan administrasiyasının işini daha da çətinləşdirəcəyi düşünürlər. Regionda yeni reallıqlarla barışmadan təxribatçı addımların atılması davam etdirmək əslində rəsmi İrəvanın sülhdən nə qədər uzaqda olduğunu göstərir.