• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1389
— 21.04.2023 12:46

Bayram namazı qılınıb

KepezTV Player

Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Gəncədə də bayram namazı qılınıb. Bayram Namazı şəhərin “İmamzadə” ziyarətğahı və bütün məscidlərində eyni vaxtda başlayıb. Ramazan bayramı münasibətilə təşkil olunan dini mərasimlər zamanı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib. Allahdan bağışlanmaq, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət, bolluq arzulanıb. Ramazan ayı zamanı bağışlanmaq, saflaşmaq və müdrikləşməyin savablarına diqqət çəkilib. Həmçinin, bu gün mübarək aya məxsus Fitr bayramının da qeyd olunduğu vurğulanıb. Məhz bu gün çıxarılan Fitrə zəkatlardan imkansız insanların yararlanmasının vacibliyinə diqqət çəkilib. İnsanlar bir-birlərini İslamın iki əsas bayramından biri olan Ramazan bayramı münasibətilə təbrik ediblər.