
Whatsapp-da yeni funksiyanın testinə start verilib. Söhbət, animasiyalı emojilərdən gedir. Sözügedən funksiya messencerin yeni beta versiyasında aşkar edilib. Məlumatda qeyd edilib ki, Whatsapp-da animasiyalı emojilərin dəstəyi Lottie formatının istifadəsi ilə reallaşdırılıb. Çox güman ki, Whatsapp-da sözügedən yeni funksiya yaxın zamanda istifadəyə veriləcək.
- Baxış: 479