• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 20.04.2023 16:13

Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reyslərin sayı bir qədər də artırılıb

KepezTV Player

“Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 22 aprel tarixinə əlavə reys təyin edib. Həmin gün Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə saat 15:30-da Bakıya yollanacaq qatar isə 20:25-də mənzil başına yetişəcək. Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə ümumilikdə 8 əlavə reys təyin edilib.