• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 20.04.2023 16:24

Gəncənin UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün işlər aparılır

KepezTV Player

“Gəncə və Bakı şəhərlərinin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”. Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın sözlərinə görə, Nizami Gəncəvi kimi dühasını dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Potensial şanslarını nəzərə alaraq, bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər həyata keçirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı rol intellektual məzmun və məhsullar Şərq intibahının ayrılmaz tərkib hissəsi olmaqla, bütün zamanlarda dünyada gedən tarixi proseslərə öz müsbət təsirini göstərib. Azərbaycan xalqı qədim dövrlərə qədər gedib çıxan zəngin ədəbi irsə malikdir.