• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 865
— 20.04.2023 10:10

"Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq nümunəsidir"

KepezTV Player

"Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq və saxtakarlıq nümunəsidir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmiz əleyhinə 19 aprel tarixli bəyanatına dair şərhində deyilir. Azərbaycan XİN  Prezident İlham Əliyevin 18 aprel 2023-cü il tarixində müsahibəsinə istinadən Ermənistan tərəfinin növbəti dəfə təhrif dolu bəyanatını qətiyyətlə rədd edib. Bildirilib ki, əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən və əsir götürülmüş, beynəlxalq humanitar hüquq prinsiplərinə zidd olaraq qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin heç bir hüquqi əsas olmadan, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən insan öldürülməsində ittiham olunması hüququn bütün norma və prinsiplərinə ziddir. Vurğulanıb ki, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir".