• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 19.04.2023 20:30

“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans

KepezTV Player

Goranboy rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Şagirdlərin əl işlərindən ibarət rəsmlərlə tanışlıq və dahi şəxsiiyyətə həsr olunan videoçarxın nümayişi ilə başlayan tədbirdə Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətlərindən danışılıb. Milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edən azərbaycançılıq idealogiyasını yaşatmasından danışılıb. Ermənistanın təcavüzü nəticəsində yaşanan çətinliklər, torpaq işğalının dünya ictimaiyyətiə çatdırılmasında yorulmaz fəaliyyətinə diqqət çəkilib. İllərlə aparılan haqq mücadiləsinin Vətən müharibəsində “Dəmir yumruq” nəticəsində zəfərlə nəticələndiyi vurğulanıb. Çıxışlarda qəhərman goranboyluların Vətən müharibəsində göstərdikləri şücayət fəxarət hissi ilə qeyd olunub. Əminliklə vurğulanıb ki, Goranboy ictimayyəti bundan sonra da prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun daxili və xarici siyasətini dəstəkləyəcək.