• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 18.04.2023 20:19

"Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır"

KepezTV Player

Danışıqlarla bağlı, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu fikri Prezident İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.