• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 17.04.2023 11:48

Heydər Əliyevin bölgələrdə gördüyü işlər

KepezTV Player

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq, tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir.

Heydər Əliyev- Ümummilli lider: “Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir”.
Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli lider Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib, qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur. Və onun həyat fəaliyyətindən sonra, onun adına bir neçə muzey açılmışdır ki, onlardan biri də Gəncədəki Heydər Əliyev muzeyidir.

Dursun Əliyeva- Gəncə şəhər Heydər Əliyev Muzeyinin elmi işçisi: “Heydər Əliyev muzeyi 3 hissədən ibarətdir. Kitabxana, konfrans zalı, elmi tədqiqatlar otağı və sair. Prezident İlham Əliyevin sərəncamı əsasında bu il Heydər Əliyev ili olmuşdur. Ulu öndərin 100 illiyi ilə əlaqədar olaraq muzeyimizdə bir sıra ekskursiyalar və tədbirlər keçirilir”.

Ulu öndər ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı. 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində ulu öndər Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentində keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır.

“Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır”, deyib Ulu Öndər. Onun sözləri ilə yola çıxan biz gənclər, Heydər Əliyevin nə həyatını nə də həyat boyu fəaliyyətini unudacağıq.

Tellan Zeynalova