• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 17.04.2023 20:33

İlk dəfə olaraq monotamaşalarla teatrsevərlərin qarşısında

KepezTV Player

Mingəçevir Dövlət Dram Teatrının yaranmasının 55 illik yubileyi qeyd edilib. Yubiley ərəfəsində teatrda bir çox tədbirlər həyata keçirilib. Teatr fəaliyyəti dövründə ilk dəfə olaraq monotamaşalarla teatrsevərlərin qarşısında çıxış edib. Aktyorların böyük əməyi nəticəsində ortaya çıxan monotamaşalar maraqla qarşılanıb.

Vüsal Mehrəliyev Minəgçevir Dövlət Dram Teatrının baş rejissoru: Bu gün baxdığınız kallar, aktyorlar seçiblər. sadəcə çox tamaşaların içindən, seçimi mən etmişəm. Nələri etməliyik, nə oynamalıyıq. Bəli, dünya klassikasıyla bərabər, Azərbaycan kalasikasına da müraciət eləmişik. Bu ilk tamaşaydı, kallar. Şekspir, Çexov və Cabbarlıya baxdınız, dahi Cabbarlıya.
 

Mingəçevir teatr tarixində monotamaşalar festivalı ilk dəfədir təşkil edilir. Mingəçevir Dövlət Dram Teatrında keçirilən festivalda təqdim olunan tamaşaları əsasən teatrın gənc aktyorları canlandırır. Mütəxəssislər bildirir ki, bu cür tədbirlər gənc aktyorların daha da peşəkarlaşmasına, inkişafına müsbət təsir göstərir. Hətta bunu Mingəçevir Dövlət Dram Teatrı üçün çox böyük hadisə adlandıranlar da var.
 

İlhamə Əhmədova Bakı Uşaq-Gənclər Teatrının əməkdaşı: -Bu gündə mono tamaşalara baxdıq. Yaxşıydı, pis deyildi, işləmişdilər, çalışmışdılar. Vüsal müəllim çox sağ olsun. Çox gözəl işkləmişdi, əziyyət çəkmişdi. Mən düşünürəm ki, gələcəkdə bundan da yaxşı olacaq.

Dağlar Yusif TXİ-nin sektor müdiri: Bu gənclərin özünün fərdi yartadıcılığa cəklb edilməsi və onların....bilirsiniz, festival hər şeydən əvvəl dialoqdur. Yəni, festival hər şeydən əvvəl yaradıcılıq mübadiləsidir. Bu gün gənclərin həmin yaradıcılıq mübadikləsinin bir hissəsi olamsı mütləqdir ki, hanslısa bir inkişafa təkan verəcək və mən bu inkişafın işartılarını görürəm. Amma, mən bildiyəm qədər bu festivalında özünün inkişaf yolu var. İnşallah ki, Azərbaycan üzrə bütün, sonra beynəlxalq və mən düşünürəm ki, bu festival özü həmin gənclərin inkişafına çox böyük töhfələr verəcək.
 

Mingəçevir Dövlət Dram teatrının rəhbərliyi gələcəkdə festival ənənələrini daha da inkişaf etdirməyi hədəfləyir. Teatrın direktoru İntiqam Soltan bu istiqamətdə bir çox yaradıclıq addımlarının atıldığını da deyir.
 

İntiqam Soltan Mingəçevir Dövlət Dram Teatrının direktoru: -Əsasən, ölkədə festival ənənələrinin bir az inkişaf eləməyinə xidmət etməsini istəyirik bu məsələnin. Çünki, çox təəssüflər ki, Azərbaycanda festival ənənələri o qədər də geniş inkişaf eləməyib. öz əksini geniş inkilafda tapmayıb. Sanki, bu festivaldan biz utanırıq, qorxuruq, çəkinirik. Festival təşkilatçılıəğından bir az nədənsə ehtiyat edirik niyə? Festival bir bayramdır, teatrların bir araya gəlməyidir. Burda da heçdə çətin bir şey yoxdur.
 

Mingəçevir Dövlət Dram Teatrının yaranmasının 55 illik yubileyinə həsr olunan tədbirlərə və mono tamaşalar festivalına maraq da böyükdür. Teatrın kollektivi müxtəlif saatlarda ümumilikdə 25 tamaşayla teatrsevərlər qarşısında çıxış etdilər.