• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 17.04.2023 16:32

Azərbaycançılıq məfkurəsində Ulu Öndər izi

KepezTV Player

Samuxda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Çıxışlarda əsası Ümummilli Lider tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının öllkəmizin hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişafında əvəzedilməz rolundan danışılıb. Dahi rəhbərin parlaq dühası və ardıcıl səyləri sayəsində bu amalın möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə qətiyyətli tədbirlər həyata keçirildiyinə diqqət çəkilib. Azərbaycançılıq məfkurəsinin təbliğində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Rəsmi hissədən sonra "Heydər Əliyev ili" çərçivəsində rayonun ictimai siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxs fəxri fərmanla təlfif edilib. Eləcə də idman yarışlarında və inşa yazı müsabiqələrində naliyyət qazananlar Samux rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb.