KepezTV Player
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 127 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılan plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçıları dünyaya çağırış edərək tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
Yol humanitar məqsədlər üçün açıqdır
Aksiyanın keçirilməsinə baxmayaraq Şuşadan keçən yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə hər dəfə şərait yaradılır. Bu bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.
- Baxış: 234