• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 15.04.2023 16:56

"Cücələrim"lə dünya şöhrəti qazanan bəstəkar xatırlanıb

KepezTV Player

Gəncədə dünyaca məşhur bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 107-ci ildönümü xatırlanıb. Şəhərin mərkəzində qəbirüstü abidəsinin önündə keçirilən tədbirdə “Cücələrim”lə dünyaya səs salan bəstəkarın 45 ilə sığan qısa həyat yoluna nəzər salınıb. Yaradıcılığında yer alan mahnı və romanslardan, əsərlərindəki zəriflikdən danışılıb. Dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunan "Cücələrim" Qəmbər Hüseynlinin mahnı çələngində bir sənət incisi kimi qeyd edilib. Elə məktəblilərin ifasında səsləndirilən bəstəkarın təravəti, xalq təranələri ilə könüllər oxşayan mahnıları tədbir iştirakçıları tərəfində alqışlarla qarşılanıb. Rəsmi hissədən sonra abidənin ətrafında bəstəkarın adını daşıyan uşaq-əyləncə məkanında yaradılan şəraitlə tanışlıq olub. Burada uşaqların əylənməsi üçün müasir atraksionlar yaradılıb, eləcə də böyüklərin idman etməsi üçün qurğular da quraşdırılıb.

İlyas Xəlilov- Qəmbər Hüseynlinin qohumu: “Bu məkanın bu vəziyyətə çatmağını, gözəlləşməsini, bu cür abadlaşmasını sözlə ifadə etmək mümkün deyil. Mənim geniş ictimaiyyətə, bütün şəhərimizin qonaqlarına deyəcəyim budur ki, xahiş edirəm, hamıdan, qoruyaq bu məzarlığı, bu yeri, bu məkanı. Burda bizim əzizimiz uyuyur, burda bütün şəhərimizin sevimlisi, respublikamızın əməkdar insanı, bu insanı bütün dünyada tanıyırlar. Bir insanın bir mahnısı, “Cücələrim” mahnısı dünyanın 150 dilinə tərcümə olunub və sevilə-sevilə oxunur. Doğrudan da mən bir daha şahid oldum ki, Qəmbər Hüseynlini bu şəhər sevir, bu ölkə sevir, bu insanlar sevir və qədirbilən Gəncə xalqı heç nəyi heç vaxt unutmur- nə yaxşılığı, nə pisliyi”.