Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.04.2023 16:36
İstanbuldan Bakıya gələn Azərbaycan vətəndaşında 17 kq qızıl aşkar edilib
KepezTV Player
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib. Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 554