• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 15.04.2023 12:30

Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb. Araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində işləyən Mehman Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb. Şübhəli şəxsin anoloji cinayətlər törətməsi istisna olmadığında faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.