Ağcabədi rayonunda yaşayan bir nəfər sakinin işlədiyi köşkə tanımadığı şəxs yaxınlaşıb, alqı-satqı müqabilində ona 50 manat pul təqdim edib, satıcı sonradan həmin pulun saxta olmasını bilib və bu barədə polisə məlumat verib. Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxta əsginasın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayonunda 588 saylı qəsəbədə yaşayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Aslanov qısa zamanda müəyyən edilib. Onun ətrafında aparılan araşdırmalarla həmin əsginası həmyerlisi və qonşusu Rahib Zeynalovdan əldə etdiyi məlum olub. Əməliyyatın davamında R.Zeynalov qəsəbə ərazisindəki işlədiyi foto studiyasında elə iş başında, saxta əsginas hazırlayarkən polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin obyektə baxış keçirilən zaman 5 ədəd 100 manatlıq, 28 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq və 5 ədəd 10 manatlıq saxta əsginaslar, onların hazırlanması üçün istifadə olunan kompüter və printer aşkar olunaraq götürülüb.
Adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 369