• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 13.04.2023 10:43

Uşaqlar və hobbiləri

KepezTV Player

Uşaq olmaq, rəngarəng xəyal dünyan, bam-başqa maraqların olmaq deməkdir. Uşaq olmaq bütün duyğuları azad yaşamaq, arzulara sərhəd qoymadan düşünmək  deməkdir. Elə özümüzü kəşf etmək, hobbimizin arxasınca qaçmaq da uşaqlıqdan başlayır.

Hər yaşlı nəsil bizim dövrümüzdə “uşaqlıq belə deyildi”, deyirlər. Bir az keçmişə qayıdıb baxanda görürük ki,  həqiqətən, uşaqlığımız tamam fərqli keçib, biz oyunlar oynayar, xəyallar qurar, özümüzə müxtəlif hobbilər tapıb axşamın gəlməyini istəməzdik. İndi isə uşaqlıq belə dövrümüzün tələbinə uyğunlaşıb. Onlar daha çox “online” yaşayırlar və bu, çox üzücüdür. Çünki belə olduqda, uşaqların maraqlarının olmağı daha da çətinləşir.

Hobbi - insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyətdir və bu, çox vaxt özümüzü  tanımağımıza köməkçi olur. Aparılan bir çox araşdırmalar cəmiyyətdən uzaq duran insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır. Hər bir uşağın bacarığının ortaya çıxmasında təbii ki, valideynin dəstəyi böyükdür. Hobbilər isə sadəcə əylənmək üçün bir üsul deyil, onların bir çox faydaları var və bu faydaları öyrənməyə görə müsahibimizin yanına yollandıq.

Hobbi sosiallaşmaq üçün əla vasitədir! Eyni düşüncədə olan insanlarla görüşmək üçün hobbi önəmlidir. Bu, utancaqlar üçün lap əladır. Danışmaq üçün ortaq mövzu var. Hobbi sağlamlıqdır! Hobbi  beynimizi işlədir, ürəyimizi xoşbəxt hiss etdirir. Yeni şeylər yaradırsan, özünə güvənini artırır, bacardıqca daha yaxşı hiss edirsən. Həmişə öyrənirsən və beləliklə beyin daim işləyir. Sağlam beyin isə hər zaman daha yaxşı ruh halı deməkdir. Xüsusi hiss etdirir. Dərs zamanı çox uşaq və az diqqət olur. Uşaq bütün mövzularda xüsusi bacarığa sahib deyil. Belə olduqda özünü zəif hiss edə bilər. Ancaq hobbisi ilə məşğul olduqda daha xüsusi diqqət görəcək və sevdiyi, bacardığı üçün özünü daha yaxşı hiss edəcək, daha bacarıqlı olduğunu düşünəcək. Uşaqların dərslərə daha yaxşı fokuslanmasına kömək edir! Ancaq dərs-ev uşaqlar üçün monotonlaşa bilər. Fərqli məşğuliyyətlər isə onların həyatına rəng qatır, hobbiləri ilə yenilənirlər.

Bəli bizim hər gün böyüyüb,inkişaf etməyimizdə, xəyallarımızın arxasınca getməyimizdə valideynlərin dəstəyi vacibdir.

Hobbilər bizim azad ruhumuzu ortaya çıxarmaq üçün bir vasitədir. Hələ də uşaqsansa, bu istəklərə sərhədli yanaşmaq olmur. Ona görə də ürəyinizin səsini dinləyin, hobbilərinizə əngəllər yaratmadan reallaşdırın.