• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 788
— 12.04.2023 16:13

Mövlut Çavuşoğlu Azərbaycana başsağlığı verib, dəstək ifadə edib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu 11 aprel tarixində Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Nazir Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.