• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2267
— 12.04.2023 10:02

Şəhidin oğlu lüks avtomobilləri yandırıb

KepezTV Player

Bu gecə Göygölün Aydın Hacıyev küçəsində Tural Misirova məxus BMW və Zamiq Ağayevə məxsus "Porsche" markalı minik avtomobilləri yandırılıb. Hadisə yerinə gələn yanğınsöndürənlər tətəfindən alov qısa zamanda söndürülüb, xəsarət alan olmayıb. Eyni zamanda yanğının ətrafda olan tikililərə keçməsinin qarşısını alınıb. Araşdırmalarla məlum olub ki, yanğını rayon sakini əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Hacıyev törədib. Olayın baş verməsinə gəlincə.

Məlumata görə hadisəni törədən Fərid Hacıyev avtomobil sahibləri ilə telefonda mübahisə edib və bundan sonra gördüyünüz bu əraziyə gəlib. Əsəbləşən zərəverən maşınların üzərinə benzin törərək onları yandırıb. Yanğını törətməkdə şübhəli bilinən şəxs isə qısa müddət sonra yaxalanıb. Polis tərəfindən araşdırma aparılır.