• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 11.04.2023 16:42

Etiraz aksiyası 121 gündür davam edir

KepezTV Player

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 121 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılan plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçıları dünyaya çağırış edərək tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər. Tələblərində qəti olduqlarını nümayiş etdirirlər. *** Aksiyanın keçirilməsinə baxmayaraq Şuşadan keçən yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə hər dəfə şərait yaradılır. Bu bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.