• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 10.04.2023 20:22

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

KepezTV Player

Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib. Azərbaycan Prezidentinin Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini qarşılayıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib *** "Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında deyib. "Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur", - dövlət başçısı bildirib. Prezident İlham Əliyev qeyd edib ki, hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. 
Astanada Heydər Əliyev küçəsinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mərasimdə iştirak ediblər. Sonra Prezidentlər Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkiblər. 
Azərbaycan Prezidenti və Qazaxıstan Prezidenti  Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.