• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 10.04.2023 12:01

Keçmiş məhkumdan narkotik götürülüb

KepezTV Player

Samuxda keçmiş məhkumdan narkotik götürülüb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Mircalal İbrahimov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Şəxs narkotiki İran vətəndaşından aldığını etiraf edib. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.