• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 06.04.2023 12:14

Ümumdünya Cizgi Filmləri günü

KepezTV Player

Fyodor Dostoyevski deyir ki, uşaqlar dünyanın ən böyük səadətidir. Onların sevinci və xoşbəxtliyi də müəyyən səbəblərdən qaynaqlanır. Bunlardan biri də, məhz cizgi filmlərdir. Elə, bugünkü süjetimizi də Ümumdunya Cizgi Filmləri gününə həsr etmişik.

2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis edilən Dünya Cizgi Filmi günü, 1906-cı il aprelin 6-da Con Stuart Blekton və Albert Smit Amerikanın kinoteatr birliyi ilə cizgi filmləri “Gülməli üzlərin, gülməli mərhələləri” adlı film çəkmişdir. Bunlar animasiya tarixində ilk cizgi filmləri idi. Dünyanın bir çox ölkələrində qeyd olunan bu gün, bir çox personajların təşkilatçılığında təqdim olunur. Bunu bugunün aktuallığına çevrilən, uşaqların sevimlisi olan, bir-birindən fərqli personajlardan soruşmaq üçün yollandıq müsahibimizin yanına.

Müsahibimizin dediklərinə əsaslanaraq deyə bilərik ki, uşaqlar bu personajları sevir və özlərini cizgi filmlərində zənn edə bilirlər.

Ancaq bu cizgi filmlərin mənfi yanını da vurğulamasaq olmaz. Psixoloqların dediklərinə görə, cizgi filmlərinin uşaqlarda psixoloji təsiri böyükdür.

Bu gün uşaqların sevimlisi olan və hər ölkədə fərqli dizaynlarla göstərilən cizgi filmlərdən danışdıq. Yaşınızın neçə olmasından aslı olmayaraq, içinizdəki uşağı hər zaman yaşadın.