Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilən narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakini Elçin Mikayılov, qardaşı Elnur Mikayılov və həmyerlisi Orxan Məmmədov Tovuz rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə aparmağa razılaşıb. O. Məmmədova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda 960 qram “marixuana”, 400 qram “həşiş qətranı”, 400 qram “heroin” və 63 qrama yaxın “tiryək” olan ümumi çəkisi 1 kq 821 qram narkotik maddə aşkar edilərək götürülüb.Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Baxış: 343