Milli Məclis Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat qəbul edib. Bəyanatda qeyd olunub ki, Azərbaycan ərazilərinin işğalı dövründə sülhün əldə edilməsi üçün heç bir addım atmayan, Ermənistanın işğalçılıq siyasətini dəstəkləməyə üstünlük vermiş Fransanın bölgədə itirdiyi mövqeyini kobud üsullarla bərpa etmək cəhdləri uğursuzluğa uğrayır. “Öz davranışı ilə Fransa nəinki Cənubi Qafqaz regionunun, bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına zərbə vurur.
Sevil Mikayılova - Milli Məclisin üzvü: Fransa tərəfinin son təxribatçı addımları şəraitində Azərbaycan parlamentinin prinsipial mövqeyini bir daha təsdiq edərək Fransa senatının Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi kimi yanlış praktikadan əl çəkməyə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı hərəkətlərdən, onun daxili işlərinə müdaxilədən çəkinməyə, Ermənistanla Azərbaycan arasında uzun müddətli sülh yaradılmasına xidmət edən addımlar atmağa çağırırıq.
- Baxış: 227