• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 03.04.2023 10:31

Mingəçevir Gənclər Paytaxtı

KepezTV Player

Mingəçeviri "nur şəhəri" də adlandırırlar. Çünki, ölkənin böyük bir hissəsinin işıqlandırılmasını təmin edən Su Elektrik Stansiyası burada yerləşir. Mingəçevirin adı gələndə gözümüz, könlümüz işıqlanır, ruhumuz sevinir. Bu şəhərin işığından hər evə, hər kəsə pay düşür. Məhz 2 fevral 2023-cü ildə, Mingəçevir “Gənclər Paytaxtı” olaraq seçilib. Heydər Əliyev ili"ndə Mingəçevirin Gənclər Paytaxtı seçilməsi əlamətdar hadisədir və mingəçevirlilərin üzərinə böyük məsuliyyət düşür.

Keçirilən tədbirdə Gənclərlə yanaşı İdman naziri Fərid Qayıbov, Milli Məclisin sədr müavini Əli Hüseynli, Gənclər Fondunun sədri Fərid Cəfərov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Fərhad Əliyev və digər rəsmilər iştirak edib. Daha sonra çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov isə bildirib ki, MDB məkanında Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olunub. Gənclər Fondunun Prezidenti Fərid Cəfərov da çıxışında gənclər siyasətinin uğurla davam etdirildiyini deyib. Tədbir çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən bir qrup gəncə "İlin gənci" mükafatları təqdim edilib. Paytaxtın rəmzi açarı Tovuzdan alınaraq, Mingəçevir şəhərinə təqdim olunub. Daha sonra Mingəçevir Gənclər Paytaxtının loqosu təqdim olunub.