• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 03.04.2023 10:32

Gəncə basketbolu

KepezTV Player

Basketbol Azərbaycanda özünün ilk addımlarını 1920-ci ildən atmağa başlayır. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, idman cəmiyyətlərində komandalar yaradılır, məşqlərə cəlb olunan basketbol həvəskarlarının sayı günü-gündən artırılır. Tədricən basketbol Azərbaycanın digər şəhər və rayonlarında inkişaf etdirilməyə başlayır. 1934-cü ildən başlayaraq ilk dəfə basketbol üzrə respublika birinciliyi keçirilməyə başlayır. Bu da basketbolun Azərbaycanda Bakı şəhərində əlavə digər şəhər və rayonlarında inkişaf ilə əlaqədar idi. Bu yarışlarda Bakının, Gəncənin və Xanların (indiki Göygöl şəhəri)seçmə komandaları çıxış edirdilər.

Bildiyimiz kimi, "Sərhədçi" İdman Olimpiya Mərkəzində “Gəncə” və "Neftçi” komandalarının basketbolçuları üz-üzə gəliblər.  Komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar. Lakin oyunun ikinci hissəsində 20 xal fərqindən geri dönüş edən "NTD" komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100-89 hesablı qələbə qazanaraq kubokun qalibi olub.

Mükafatlandırma mərasimində Gənclər və İdman nazirinin müavini xanım Mariana Vasileva və Basketbol Federasiyasının rəyasət heyətinin üzvləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyev də iştirak ediblər. Kuboku "Gəncə" komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib.