• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 01.04.2023 16:08

Xankəndi-Laçın yolundakı etiraz aksiyası 111 gündür davam edir

KepezTV Player

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 111 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılan plakatlar qaldırıb, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.

Aksiyanın keçirilməsinə baxmayaraq Şuşadan keçən Xankəndi-Laçın yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə, Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə də şərait yaradılıb. Bu bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.