• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 01.04.2023 20:24

Sabah 27 mindən çox abituriyent və şagirdin imtahan verəcəyi gözlənilir

KepezTV Player

Dövlət İmtahan Mərkəzi aprelin 2-də Gəncədə daxil olmaqla bir sıra şəhər və rayonlarda imtahan keçirəcək. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı kimi proseslərdə 2172-i Gəncədən olmaqla, 27864 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina nümayəndəsi ayrılıb.