KepezTV Player
Gəncə şəhər İcra Hakimiyyəti və Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda dəyirmi masa keçirilib. 105 il əvvəl azərbaycanlıların ermənilər tərəfindən ölkənin ayrı-ayrı ərazilərdə qətliamlara məruz qaldığı diqqətə çatdırılıb. Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsinin soydaşlarımızın məruz qaldığı etnik təmizləmə siyasəti barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında müstəsna əhəmiyyət kəsb etdiyi vurğulanıb. Dəyirmi masada “Soyqırımlar tarixi arxiv sənədlərində”, “31 Mart soyqırımı xarici jurnalistlərin gözü ilə”, “XX əsrdə törədilmiş soyqırımların tarixi şərtləri”, “Arxiv və kitabxanalarda qorunan, soyqırımlara aid mənbələr” adlı məruzələr dinlənilib.
- Baxış: 352