• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 31.03.2023 20:19

105 ildir danışılan erməni soyqırımı

KepezTV Player

31 mart 1918-ci il tarixində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım bəşər tarixinin ən faciəli qətliamlarından hesab edilir. Elə çox sayda soydaşımızın öldürüldüyü bu soyqırım aktları nəticəsində vaxtilə indiki Ermənistan ərazisində əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-52, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovuldular. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb. Bu, bir faktdır! 1918-ci ildə ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən, insanlığa sığmayan vəhşiliklər də tarixi dəlillərlə hələ də danışılır. Dildən-dilə keçən və yaddaşlardan silinməyən bu hadisələr uzun illərin düşünülmüş məkrli, çirkin erməni siyasətinin bariz nümunəsidir. 

Xaliqverdi Hacıyev- Qərbi azərbaycanlı: “Mənim nənəm danışırdı, o, 110 yaşında rəhmətə getdi. Çox zehinli arvad idi. Deyirdi ki, xəbər gəldi ki, ermənilər hücüma keçir, azərbaycanlıları öldürəcəklər. Kişilər hamısı silahlandı və kəndin kənarında səngər düzəldib erməniləri gözlədilər. Deyir, bir müddətdən sonra atışma başladı. Bir neçə evi topla dağıtdılar. Bizim də evin bir tərəfinə top düşdü və ev dağıldı. Kəlbəcər yolu ilə uşağı götürüb qaçmağa başladıq. Yeddi gün ərzində Göyçə mahalının 30-a yaxın kəndini ermənilər qovub, qırıb dağıdıblar”.

105 il bundan əvvəl ermənilərin Azərbaycan ərazisində törətdiyi soyqırım, vəhşilik Hacıyevlər ailəsindən də yan keçməyib. Qərbi Azərbaycanda yaşayan Xaliqverdi dayı babasının, nənəsinin eləcə də, yaxın qohumlarının dilindən ermənilərin törətdiyi soyqırım faktlarını qulaqları ilə eşidib. İnsanlığa sığmayan erməni vəhşiliyi illər, əsrlər keçsə də yenə də bu ailənin, nəslin yaddaşlarından silinməyəcək.

Xaliqverdi HacıyevQərbi azərbaycanlı: “Bizə bir qonaq gəlirdi, əmimim dostu, Hacıkərim kişi idi. Yaşı kişi idi, o danışırdı ki, mən 1918-ci ildə türk ordusunda qulluq edirdim. Xəbər gəldi ki, Dilcan dərəsində bir kəndin əhalisini ermənilər dama doldurub, yandırmaq istəyir. Biz gələnə kimi dama od vurmuşdular. Türk ordusu erməniləri qovdu. Ancaq 30 faiz insan içəridə tüstüdən boğulub, ölmüşdü. Ermənilər belə vəhşi millət idi. Bir dərə var idi, orda camaat öldürülmüşdü. 1988-ci ilə kimi ora sümük dərəsi deyilirdi. İnsan sümükləri - kəllə, qol-qılça o dərədə dolu idi. Üstünü basdırırdıq, ancaq yağış yağanda görünürdü. Ermənilərin vəhşiliyi həmişə göz qabağında olub”.

Erməni dedikdə qaniçən, gözünü belə yummadan vəhşilik törədən bir məxluq göz önünə gəlir. “Böyük Ermənistan” xülyası ilə tarixin müxtəlif dövrlərində insanlığa sığmayan, vandallıq törədən ermənilərin bu arzularının ürəklərində əbədi qalacağı gün kimi aydındır. Əlbət ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında Şəhidlərimizin qısasını layiqincə aldığımız kimi, bəşəriyyətə qarşı cinayətləri özündə ehtiva edən 31 Mart soyqırımının beynəlxalq səviyyədə hüquqi qiymət almasına da nail olacağıq. 

Elnur Vahidoğlu