• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2405
— 31.03.2023 11:21

Tibbi suallara düzgün cavab verə bilən süni zəka sistemi hazırlanır

Hər il keçirilən The Check Up adlı tədbir çərçivəsində Google şirkəti səhiyyə sahəsində maraqlı təşəbbüsünü anons edib. Belə ki, şirkətin Google Health komandası neyron şəbəkələri əsasında olan süni zəka sistemləri və machine learning texnologiyası istifadəsilə hazırlanan yeni məhsullar barəsində məlumat verib. Şirkət tərəfindən səhiyyə sahəsində hazırlanan maraqlı layihələrdən biri də Med-PaLM 2 adlı süni zəka əsaslı ixtisaslaşmış dil modelidir. Qeyd etmək lazımdır ki, sözügedən dil modelinin birinci versiyası keçən ili sonunda anons edilmişdi.

O, tibb sahəsi ilə bağlı olan suallara yüksək keyfiyyətli cavabların təqdim edilməsi üçün nəzərdə tutulub. Bu, ABŞ-da tibbi lisenziyanın əldə edilməsi üçün nəzərdə tutulmuş testə bənzər testin suallarının 60%-dən çoxuna düzgün cavab vermiş ilk süni zəka sistemidir. Google bildirib ki, sözügedən dil modelinin ikinci versiyası olan Med-PaLM2 isə suallara ekspert səviyyəsində 85% daha dəqiq cavab verir. Bu isə süni zəka əsaslı dil modelinin ilk versiyasının sərgiləmiş olduğu göstəricidən 18% daha çoxdur.

Məlumatda qeyd edilib ki, Google Health komandası Med-PaLM 2-nin təqdim etdiyi cavabları real həkimlərin cavabları ilə müqayisə edir. Sözügedən dil modeli vasitəsilə aparılmış testlər çərçivəsində o, sətəlcəm xəstəliyinə işarə edən faktorlar ilə bu və ya digər xəstəliyə qarşı perspektivli müalicə üsulları barəsində olmuş suallara cavablar verib. Bu dil modeli əsasında hazırlanmış bot real həkimlər kimi daha ətraflı və düzgün cavablar təqdim etsə də, bəzi hallarda səhvlərə yol verib. Google öz növbəsində mütəxəssislər ilə birlikdə Med-PaLM üzərində çalışmağa davam edəcək.