KepezTV Player
“Dəfələrlə Rusiya sülhməramlılarının nəzarəti altında Ermənistan Azərbaycan ərazilərinə silah-sursat daşıyıb. Bu tip qanunsuzluqların qarşısının alınmasının yeganə çıxış yolu Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolu üzərində mütləq sərhəd-keçid məntəqəmizin qurulmasıdır. Azərbaycan bilməlidir ki, ərazisindən kim nə keçirdir, müstəqil dövlət kimi nəzarət etməlidir”. Bunu "Kəpəz" televiziyasına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Deputat deyib ki, müharibədə məğlub olan, kapitulyasiya aktına qol çəkən, məhv olan bir dövlət tez-tez təxribatlar törədir.
- Baxış: 297