• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 30.03.2023 10:38

Yaz sindromu - Fəsil dəyişməsinin orqanizmə təsiri

KepezTV Player

Yaz kiməsə romantik, kiməsə gərgin təsir bağışlayan bir fəsildir. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Havalar gözəl olur və təbiət bir çox gözəllikləri özünə çəkir.  Ancaq havalar dəyişdikcə müəyyən xəstəliklər də meydana gəlir. Yazın gəlişi el arasında qanın qaynaması kimi qəbul edilir. Bu fəsil, insanlarda bir sıra problemlər yaradır. Əsasən psixoloji olaraq əsəb gərginliklərinə səbəb olur. Hormonal inkişaf sürətlənir. Bu da sinir sistemində yüklənmənin artmasına, bədənlə psixoloji tarazlıq arasında yaranan uçurumun dərinləşməsinə səbəb olur. Buna görə də insanlar, əsasən də yeniyetmələr daha aqressiv, əsəbi, tərs olurlar. Belə havalar pessimistliyə olan meyli artırır. İnsanlarda psixoloji olaraq özünütəsdiqə ehtiyac yaranır. Hər kiçik uğursuzluq insanlarda ağır depressiv hallara gətirib çıxarda bilər.

“Havalar isindiyi üçün iştahım olmur, yemək yemək istəmirəm. Gecələr rahat yata bilmirəm,ama gündüz olanda yuxum gəlir. Ona görə də gündüzlər daha çox yuxusuz və halsız oluram. Halsız olduğum üçün heç bir yerə getmək istəmirəm, bütün günü evdən çıxmayıb ancaq telefonla oynamaq istəyirəm.  Bu da mənim dərslərimə pis təsir edir. Fikrimi toplaya bilmirəm, verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirə bilmirəm. Nəsə alınmayanda ya nəyisə səhv edəndə də əsəbiləşirəm”.

Yaxşı olardı ki, yaz fəslində kifayət qədər istirahət edək. Gecələrin qısalması, günlərin uzanması yuxu nizamına da təsir edir. Baş verən dəyişikliklər isə orqanizmin kifayət qədər dincələ bilməməsinə səbəb olur ki, bu da yorğunluq və unutqanlıq kimi nəticələr verir. Nevroz və digər psixoloji problemləri olan insanlarda fəsil dəyişikliyi zamanı yaranan yorğunluq özünü daha çox biruzə verir. Həmçinin xroniki problemi olan insanlara da bu aylarda özlərini qorumaları tövsiyə olunur. Bu dönəmlərdə müsbət enerji ala biləcəyiniz insanlarla ünsiyyətdə olmaq da psixoloji cəhətdən müsbət təsirlə nəticələnə bilər.

Yazın gəlişi və havaların isinməsi, təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də yaranmasına səbəb olur. Sağlamlığın şərtlərindən biri də fəsildən və  vəziyyətdən asılı olmayaraq özünüzə diqqət etməyinizdir.