• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 30.03.2023 11:13

Dələduzlar öz qurbanlarının yaxınlarının səslərini imitasiya edərək pul mənimsəyirlər

ABŞ-da İT texnologiyalar vasitəsilə özlərini digər şəxslər kimi qələmə verən dələduzların sayı getdikcə artır. Söhbət, insan səslərinin imitasiyasını rahatlaşdıran texnologiyalardan gedir. Sözügedən texnologiyalar vasitəsilə dələduzlar əsasən yaşlı insanları inandırırlar ki, onların yaxınları bədbəxt hadisə ilə qarşılaşıblar və bu səbəbdən də onlara maddi yardım lazımdır. ABŞ Federal Ticarət Komissiyasının (FTC) məlumatlarına əsasən bu cür dələduzluq sxemləri ABŞ-da ikinci ən məşhur dələduzluq üsulu statusunu qazanıblar. Belə ki, keçən il ərzində 36 000 bu cür dələduzluq faktı qeydə alınıb və onlardan 5100-ü telefon üzərindən reallaşdırılıb. Nəticədə vurulmuş maddi zərərin dəyəri 11 milyon dollar təşkil edib. Süni zəka sahəsində olduqc inkişaf etmiş texnologiyalar sözün əsl mənasında qorxuducu imkanlara yol açıblar. Bu cür imkanlar vasitəsilə dələduzlar öz qurbanlarının sadəcə bir neçə nitq nümunələri əsasında onların səslərini imitasiya etməyi bacarırlar. Beləliklə, nəticədə dələduz özünü qurbanının yaxını kimi qələmə verir və onu imitasiya edilən yaxınına maddi yardım göstərməsinə məcbur edir. Kopyalanmış süni səs isə bu prosesi daha da asanlaşdırır. Mütəxəssislərin sözlərinə əsasən, federal nizamlayıcı orqanlar, hüquq-mühafizə orqanları və məhkəmələr bu cür dələduzluq hallarının qarşısını almaq üçün yetərli imkanlara sahib deyillər. Bir qayda olaraq bu cür dələduzluq üsulundan istifadə edənləri təyin etmək qeyri-mümkündür. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə bütün dünyada bu cür fəaliyyət ilə məşğul olan dələduzların yerlərini təyin etməkdə çətinlik çəkirlər. Məhkəmələrə gəldikdə, onlar səs imitasiyası imkanını verən alətləri yaradan şirkətləri məsuliyyətə cəlb etmək üçün hüquqi əsaslara sahib deyillər.
Süni zəka vasitəsilə səsin generasiyasına imkan verən proqram təminatı danışıq səsini analiz edərək, onun unikal özəlliklərini təyin edir. Buna misal olaraq danışan şəxsin yaşını, cinsini və aksentini gətirmək olar. Bunun üçün sadəcə olaraq bu və ya digər şəxsin əks olunduğu hər hansısa videodan onun qısa nitq nümunəsinin əldə edilməsi kifayətdir. Bu halda mənbə olaraq YoutubeTikTokFacebookİnstagram və s. iştirak edə bilərlər. Məlumatda bildirilir ki, 1-2 il bundan öncə bu və ya digər səsin sürətini çıxarmaq üçün həmin səsin çoxlu sayda nümunəsi lazım idi. Lakin indi bunun üçün lazım olan səsin sadəcə 30 saniyəlik nümunəsi kifayət edir.