• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 29.03.2023 19:58

Ümummilli liderin yubileyi ilə bağlı elmi-praktik konfrans keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” adlı respublika elmi-praktik konfrans keçirilib. Konfransda Ulu öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafı istiqamətində böyük işlər həyata keçirdiyi bunun nəticəsində ölkəmizdə aqrar sahədə bir çox nailiyyətlərin əldə olunduğu vurğulanıb. Daha sonra “Seleksiya-toxumçuluq işlərinə ənənəvi və müasir yanaşmalar”, “İnnovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası”, “Bağçılıqda kadr hazırlığı” mövzularında çıxışlar dinlənilib. Sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.