• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 29.03.2023 16:24

Qaydaları pozduğu üçün saxlanılan piyadalara hüquq və vəzifələri izah olunub

KepezTV Player

Gəncə Şəhər Baş Polisi İdarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları Gəncənin mərkəzi küçələrində maarifləndirici reyd keçiriblər. Reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadalar saxlanılıb, onlara hüquq və vəzifələri izah olunub, yol hərəkəti təhlükəsizliyi ilə bağlı əməl etməli olduqları qaydalar barədə ətraflı məlumat verilib. Piyada keçidindən istifadə etməyin vacibliyi diqqətə çatdırılıb. Bəzi piyadalar qaydaları pozmalarını nişanları tanımamaları, eləcə də ətraf ərazilərdən gəldikləri üçün şəhəri yaxşı tanımadıqları ilə izah edərək, məsuliyyətdən yayınmağa çalışıblar. Ancaq polis əməkdaşları onlara məsuliyyətlərini bir daha xatırladıblar.