• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 29.03.2023 16:20

Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub

KepezTV Player

Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı müdafiə nazirinin müvafiq əmrinə əsasən təltif olunub. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında keçirilən mərasimdə Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti yüksək qiymətləndirilib. Hərbi tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə, ümumilikdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalına növbəti hərbi rütbə, medal və fəxri fərmanlar təqdim olunub.