• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 27.03.2023 20:08

Cozef Bayden Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

KepezTV Player

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Ağ ev rəhbəri təbrik məktubunda xatırladıb ki, Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Bayden baharın gəlişi və yeni başlanğıcların qeyd olunduğu bu ildə 2 xalq arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözlədiyini vurğulayıb . O, Birləşmiş Ştatların bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyini bir daha təsdiqlədiyini bildirib.